İsrailin müdafiə naziri Yoav Qalant Şərqi Qüdsdə növbəti terror aktından sonra terror fəaliyyətində iştirak edən 87 nəfərə və onların qohumlarına qarşı sanksiyaların tətbiq edilməsi barədə göstəriş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İki nəfərin həyatına son qoyan yeni terror aktından sonra nazir ölkənin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə vəziyyəti qiymətləndirmək üçün görüş keçirib. Görüşün sonunda nazir Qalant Şərqi Qüdsün Fələstin administrasiyasından maliyyə dəstəyi alan sakinlərinin yüz minlərlə dollar dəyərində aktivlərinə həbs qoyulması haqqında əmr imzalayıb.