Hatayda zəlzələ nəticəsində dağılan Rönesans Residence-in podratçısı Mehmet Yaşar Coşkun xaricə getmək istəyərkən İstanbul Hava Limanında saxlanılıb.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaziosmanpaşa Respublika Prokurorluğu Hatayda baş verən zəlzələdə dağılan "Rönesans Residence"nin podratçısı Mehmet Yaşar Coşkunun xaricə getmək üçün İstanbul Hava Limanına xəbərindən sonra istintaqa başlayıb.
Şübhəli Coşqun İstanbul Hava Limanında Baş Prokurorluğun göstərişi ilə polis qrupları tərəfindən saxlanılıb.
Monteneqroya qaçmaq istərkən saxlanılan və bir qədər pul ələ keçirilən şübhəli Coşkun İstanbul Hava Limanı Polis İdarəsinə aparılıb.
Şübhəlinin istintaqı davam etdirilir.