Ağdaşda yük və minik maşınları toqquşub, xəsarət alan var

18:36 - 10 Fevral 2023 - HADİSƏ

Ağdaşda yol nəqliyyat hadisəsi baş verib.

APA  xəbər verir ki, hadisə rayonun Hacılı kənd yolunda baş verib. “KamAZ” markalı yük avtomobili “VAZ 21010” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 1971 təvəllüdlü Abdullayev Eldəniz Əlibala oğlu xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Vəziyyəti ağır qiymətləndirilir.

 

Xəbər xətti