Rusiya Suriyaya 70 ton humanitar yardım göndərdi

17:30 - 10 Fevral 2023 - DÜNYA

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin iki İL-76 nəqliyyat təyyarəsi zəlzələlərdən zərər çəkmiş Suriya əhalisinə 70 ton humanitar yardım çatdıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədəidarənin rəsmi saytında məlumat verilib.

70 ton humanitar yük daşıyan iki təyyarə Jukovski hava limanından Suriyaya uçub. 

Fövqəladə Hallar Nazirliyinin nəqliyyat təyyarələrinin göyərtəsində Suriyaya ərzaq, o cümlədən isti yorğanlar və mobil elektrik stansiyaları da daxil olmaqla zəruri əşyalar çatdırılacaq.

Xəbər xətti