Polşa hakimiyyəti Belarusla sərhəddə növbəti sərhəd-keçid məntəqələrinin bağlanmasını istisna etmir.
Ucnoqta.az xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski Aİ sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
"Əgər Belarusun hərəkətlərindən danışsaq, Belarusla sərhəd keçid məntəqələrinin bağlanmasını istisna etmirik", - o deyib.
Qeyd edək ki, Bobrovniki sərhəd-keçid məntəqəsi bu gün saat 12:00-dan fəaliyyətini dayandırıb.
Sərhəd keçidinin bağlanmasına səbəb milli təhlükəsizlik maraqları və Belarus hakimiyyətinin respublikaya qarşı siyasəti olub.