"Bir il ərzində dağılan binaları yenidən quraraq təhvil verəcəyik" - Ərdoğan

16:42 - 10 Fevral 2023 - DÜNYA

"Bir il ərzində dağılan binaları əlimizdə olan layihələrlə yenidən quraraq sahiblərinə təhvil verəcəyik"

Ucnoqta.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydıyamanda çıxışı zamanı deyib.

Ərdoğan zəlzələdən zərər çəkənlərə 1 illik kirayə dəstəyi veriləcəyini bildirib:
"Bildirmək istəyirəm ki, 1 il ərzində dağılan binaları əlimizdə olan layihələrlə yenidən quraraq sahiblərinə təhvil verəcəyik. 10 min lirə vətəndaşlarımıza veriləcək. Vətəndaşlarımız 1 il Adıyamanda və ya müxtəlif vilayətlərdə qala biləcəklər. Bu arada evləri də tikmiş olacağıq".

Xəbər xətti