Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 19 388 nəfərə çatıb.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 77 711 nəfər yaralanıb.
16:16
Türkiyədə zəlzələdə ölənlərin sayı 18 991 nəfərə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Təəssüf ki, son tapıntılara görə həyatını itirən vətəndaşlarımızın sayı 18 min 991-ə yüksəlib. Xilas edilənlərin sayı 75 min 523-ə çatıb. Mən göstəriş verdim ki, 1 il ərzində bu binaların hamısını yenidən tiksinlər. 76 mindən çox vətəndaşımız zəlzələ bölgəsindən təxliyə edilib" - prezident deyib.