İndoneziyanın Sivu adasında Karangetanq vulkanının püskürməsi nəticəsində lavalar yaxınlıqdakı çaylara axıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İndoneziyanın təbii fəlakətlərin nəticələrinin azaldılması üzrə milli agentliyi məlumat yayıb.
Vulkanın ərazisində 2,5-3,5 km radiusda məhdud zona var. Lava axınları kraterdən 750 - 1500 m məsafədə yayılır.
İndoneziyada üçüncü təhlükə səviyyəsi elan edilib.
Vulkana bitişik kəndlərdən 70-ə yaxın insanın təxliyyə edildiyi qeyd edilir.
İndoneziyada 130-a yaxın aktiv vulkan var. Karangetanq ən aktivlərdən biri hesab olunur. Quruluşuna görə püskürmələr tez-tez güclü lava axınları ilə müşayiət olunur.
Ruhəngiz