İzmirdən Bayraklı rayonunda toplanan yardımı Kahramanmaraşın Elbistan rayonunda zəlzələdən zərər çəkənlərə çatdırmaq üçün yola çıxan TIR Afyonkarahisarda yanıb.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğında TIR və içindəki yardım vəsaitləri yararsız hala düşüb. Afyonkarahisar-İzmir qovşağında yük maşınının sürücüsünün kabinəsi yanıb. Sürücü yük maşınını saxlayıb, bayıra çıxıb və yanğınsöndürənlərə məlumat verib. Alov söndürülüb.
Yanan TIR-dakı yardım materialları yararsız hala düşüb.