Duda və Zelenski Polşada görüşüblər

12:38 - 10 Fevral 2023 - DÜNYA

Brüsseldən qayıdan Ukrayna prezidenti Volodimir Zelenski Polşa prezidenti Anjey Duda ilə görüşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Polşa prezidentinin beynəlxalq məsələlər üzrə məsul nümayəndəsi Marçin Pşidaç məlumat verib. 

İki ölkə liderləri Aİ sammitinin və NATO-nun qarşıdan gələn sammitinin nəticələrini, eləcə də Qərbin Ukraynaya dəstəyi məsələlərini müzakirə ediblər.

Emin

Xəbər xətti