Bakıda 15 yaşlı oğlan anasını qətlə yetirib

12:21 - 10 Fevral 2023 - HADİSƏ

Bakının Xətai rayonunda 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın kəsilmiş-deşilmiş yaralarla meyitinin tapılması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin 15 yaşlı oğlu saxlanılıb.

Faktla bağlı müvafiq istintaq hərəkətləri aparılır.

Xəbər xətti