Cənubi Koreya və ABŞ hərbi təlimlər keçirəcək

12:13 - 10 Fevral 2023 - DÜNYA

Cənubi Koreya və ABŞ yazda üç komponenti - səhra manevrləri, döyüş simulyasiyaları və döyüş oyunlarını birləşdirəcək birgə hərbi təlimlər keçirəcək.

Ucnoqta.az "Yonhap" istinadən xəbər verir ki, sonuncu dəfə belə formatdan 2018-ci ildə istifadə edilib.

Təlimlərin üçtərəfli formatının bərpası Seul və Vaşinqtonun KXDR-dən gələn təhdidlərə hazırlığı artırmaq səylərinin bir hissəsidir.

2019-cu ildə illik Foal Eagle manevrlərinin dayandırılmasından bəri Seul və Vaşinqton hər üç növ birgə döyüş missiyasından istifadə edəcək təlimlər keçirməyiblər. Bu formatda təlimlərin bərpası iki ölkənin liderləri Co Bayden və Yun Sok Yeolun KXDR-in nüvə və raket proqramlarının davamlı inkişafına cavab olaraq razılıq əldə etməsindən sonra baş verir. 

İlin birinci yarısında analoji formatda 20-yə yaxın məşqin keçiriləcəyi gözlənilir.

Xəbər xətti