Putinin "Fəxri Legion" ordeni geri alına bilər - Makron

11:31 - 10 Fevral 2023 - DÜNYA

Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinin "Fəxri Legion" titulundan məhrum edilməsinin mümkünlüyünü etiraf edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press xəbər verir.

Onun sözlərinə görə, belə bir qərar “ciddi əhəmiyyət kəsb edir”. Bundan əlavə, Fransa lideri bunun lazımi anda qəbul edilməli olduğunu vurğulayıb. Makron keçmişdə mükafatı ləğv etməli olduğunu da xatırladıb. 

Qeyd edək ki, Vladimir Putinə bu adı 2006-cı ilin sentyabrında Fransanın keçmiş prezidenti Jak Şirak verib.
Xatırladaq ki, Hollivud prodüsseri Harvi Vaynşteyn cinsi təcavüz iddialarından sonra Fəxri Legion ordenindən məhrum edilib.

Xəbər xətti