Türkiyədə zəlzələdə həlak olanların sayı 18 mini ötdü

10:43 - 10 Fevral 2023 - DÜNYA

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 18 mini ötüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib. Məlumata görə, ölənlərin sayı 18 342, yaralıların sayı isə 74  242 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin bir çox bölgələrində 7,7 bal gücündə zəlzələ baş verib.

 

Xəbər xətti