Meta Korporasiyası ABŞ-ın keçmiş prezidenti Donald Trampın "Facebook" hesabını iki illik dayandırdıqdan sonra bərpa edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Hesabdakı son giriş 6 yanvar 2021-ci ildə Tramp tərəfdarlarının Kapitoliyə hücum etdiyi vaxtdır. Məhz bundan sonra hesab bloklanıb.
Trampın 2021-ci il yanvarın 6-dan sonra bloklanan "İnstaqram" hesabı da yenidən aktivləşib.
Qeyd edək ki, bundan əvvəl Trampın "Twitter" hesabı bərpa edilib. Lakin keçmiş prezident öz sosial şəbəkəsi olan Truth Social vasitəsilə tərəfdarları ilə əlaqə saxlamağa üstünlük verərək bir daha oraya qayıtmayıb.