Tovuzda yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun keçid alanan hissəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2106", "VAZ -21099" və “Toyota Camry" markalı minik maşınları toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.