Sabirabadda yük maşını su arxına aşdı: Ölən var

20:36 - 9 Fevral 2023 - HADİSƏ

Sabirabadda yük maşını su arxına aşıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Səmədabad kəndində baş verib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Renault” markalı yük avtomobili yol kənarında su arxına aşıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti