Litva Ukraynaya 36 zenit-raket kompleksi təhvil verib

20:27 - 9 Fevral 2023 - DÜNYA

Litva Ukraynaya 36 zenit-raket kompleksi təhvil verib

Ucnoqta.az xəbər verir ki, bunu Litvanın müdafiə naziri Arvydas Anusauskas Ukraynanın müdafiə naziri Aleksey Reznikovla birgə keçirdiyi brifinqdə İranın kamikadze pilotsuz uçan aparatlarına qarşı müdafiə sistemləri ilə təmin olunmasında Ukraynaya yardımla bağlı sualı cavablandırarkən deyib.

Reznikov qeyd edib ki, Litva artıq 36 hava hücumundan müdafiə sistemi təqdim edir. Onun sözlərinə görə, bu zenit qurğularının operatorlarına deyil, Ukraynada hərbçilərə təlim keçəcək təlimatçıların hazırlanmasına qərar verilib.

Xəbər xətti