Türkiyə parlamenti fövqəladə vəziyyət rejimini təsdiqləyib

19:34 - 9 Fevral 2023 - DÜNYA

Türkiyə Böyük Millət Məclisi prezident Rəcəb Tayyib Ərdoğanın ölkənin zəlzələdən zərər çəkmiş 10 vilayətində üç aylıq fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında fərmanının qüvvəyə minməsini təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu məsələ ilə bağlı parlament telekanalında yayımlanan səsvermə Məclisdə baş tutub.

Fevralın 7-də Ərdoğan ölkənin zəlzələdən zərər çəkmiş on vilayətində fövqəladə vəziyyət elan edib və orada fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu bəyan edib.

Qərarla Adana, Adıyaman, Diyarbəkir, Qaziantep, Hatay, Kahramanmaraş, Kilis, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərində fövqəladə vəziyyət elan edilib.

Xəbər xətti