Novosibirskdə qaz partlayışı nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb
Ucnoqta.az xəbər verir ki, bu barədə cümə axşamı təcili yardım xidmətlərindən məlumat verilib. Məlumata görə, dağıntılar altından qadın cəsədi çıxarılıb.
Tapılan cəsədin 40 yaşlı qadına aid olduğu bildirilir.
Daha 10-a qədər insanın taleyi məlum deyil. Onlardan 3-ü uşaqdır.
"Xəstəxanaya yerləşdirilən 7 nəfərdən ikisinin vəziyyəti ağırdır", - məlumatda deyilir.