AP-nin rəhbəri Ukraynaya təyyarə və uzaqmənzilli raketlərin verilməsinə çağırıb

15:29 - 9 Fevral 2023 - DÜNYA

Avropa Parlamentinin prezidenti Roberta Mezola siyasətçiləri Ukraynanı təyyarə və uzaqmənzilli raketlərlə təmin etməyə çağırıb.

Ucnoqta.az xəbər verir ki, o, bunu Avropa Parlamentində Ukrayna prezidenti Vladimir Zelenskinin səfəri zamanı deyib. Metsola qeyd edib ki, bu, Ukraynaya yardımın növbəti addımı olmalıdır.

"Biz hərbi yardım və texnika veririk və növbəti addım Ukraynanı döyüş təyyarələri və uzaqmənzilli silahlarla təmin etmək məsələsini nəzərdən keçirmək olmalıdır. Bizim cavabımız təhlükə ilə mütənasib olmalıdır və təhlükə çox yüksəkdir".

Qeyd edək ki, fevralın 9-10-da Brüsseldə Avropa Şurasının xüsusi iclası keçirilir. 

Xəbər xətti