Sabahın havası açıqlanıb - qar yağacaq

12:47 - 9 Fevral 2023 - ÖLKƏ İÇİ

Fevralın 10-na ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gecə saatlarında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-3° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 777 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2-7° şaxta olacaq. Yollar buz bağlayacaq.

Xəbər xətti