"Cənnətdən bir kvadrat" deyə reklam edilən bina zəlzələdən sonra... - FOTO

09:43 - 9 Fevral 2023 - DÜNYA

Hatayın Antakya rayonunda 12 mərtəbəli 250 mənzilli "Renessans Residence"  Kahramanmaraş mərkəzli 7,7 bal gücündə zəlzələ nəticəsində tamamilə dağılıb.

Ucnoqta.az "Unikal"a istinadən xəbər verir ki, dağıntılar altında 1000 nəfərin olduğu bildirilib. Hazırda xilasedici qüvvələrin ərazidə axtarış-xilasetmə işləri davam edir.

Diqqət çəkən məqamlardan biri də "Residence" tikən şirkətin 2013-cü ildə sosial şəbəkədə paylaşdığı fotoları olub. Belə ki, şirkət binanın satışı üçün “cənnətdən bir kvadrat” sözləri PR aparıb. Qısa zamanda şirkət istədiyinə nail olub.  

İllər sonra baş verən güclü zəlzələ həmin yaşayış binasını yerlə-yeksan edib. Həmin görüntülər sosial mediada qınaq obyektinə çevrilib.  

 

Xəbər xətti