Əlcəzair Fransadakı səfirini geri çağırdı

22:50 - 8 Fevral 2023 - DÜNYA

Əlcəzair prezidenti Əbdülməcid Tebbun ölkənin Fransadakı səfiri Səid Mussini məsləhətləşmələr üçün dərhal geri çağırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Əlcəzair" informasiya agentliyi məlumat yayıb.

Buna səbəb Əlcəzairə ekstradisiya edilə bilən siyasi fəal Amira Burauinin Tunisdən Liona getməsi olub. O, fevralın 3-də Tunisdə respublika ərazisinə qanunsuz daxil olduğu üçün saxlanılıb. Lakin Fransa səfirliyinin müdaxiləsindən sonra Buraui sərbəst buraxılıb və Liona uçub.

Məlumata görə, Paris Fransa pasportu olan Burauinin Əlcəzairə çatanda həbs olunacağı təhlükəsini nəzərə alaraq onun müdafiəsinə qalxıb.

Xəbər xətti