Beynəlxalq Futbol Federasiyası (FİFA) 2022-ci ilin ən yaxşı qapıçısı adına iddialı üç qapıçının adını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. FİFA-nın versiyasına görə, belçikalı Tibo Kurtua, argentinalı Emiliano Martinez və mərakeşli Yassin Bunu bu ada namizəddirlər
Kurtua Real Madriddə oynayır, keçən il komanda ilə birlikdə Çempionlar Liqası, UEFA Superkuboku, çempionluq və İspaniya Kubokunu qazanıb. Belçikalı Çempionlar Liqasının final oyununda İngiltərə "Liverpul"una qarşı (1:0) doqquz seyv edib və görüşün ən yaxşı oyunçusu seçilib.
Martinez Argentina millisi ilə birlikdə Qətərdə keçirilən dünya çempionatının qalibi olub və turnirin ən yaxşı qapıçısı kimi tanınıb. Fransa yığması ilə yekun görüşdə qapıçı penaltilər seriyasında iki zərbəni dəf edib. 1/4 finalda Hollandiya ilə qarşılaşmada Martinez həm də oyunsonrası zərbələr seriyasında iki seyv edib. Klub səviyyəsində qapıçı İngiltərənin “Aston Villa” klubunda çıxış edir.
Bunu Mərakeş millisinin heyətində Qətərdə keçirilən dünya çempionatında yarımfinala yüksəlib. Mərakeşlilər bu mərhələyə çatan ilk Afrika komandası olub. 1/8 finalın İspaniya yığması ilə görüşündə qapıçı penaltilər seriyasında iki zərbəni dəf edib. Üçüncü yer uğrunda görüşdə Mərakeş komandası Xorvatiya komandasına uduzub (1:2). İspaniyanın “Sevilya”sında çıxış edən Bunu turnirdə ümumilikdə 6 oyun keçirib.
Emin