Zelenski Londondan sonra Aİ sammitinə yola düşəcək - KİV

17:12 - 8 Fevral 2023 - DÜNYA

Ukrayna prezidenti Volodimir Zelenski London səfərindən dərhal sonra Brüsselə gedərək Aİ sammitində iştirak edə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun müxbiri Rikard Jozviak öz mənbələrinə istinadən bildirib. Aİ-nin növbəti sammiti fevralın 9-10-na planlaşdırılıb. O qeyd edib ki, Zelenski Aİ Parlamentindəki çıxışından sonra sammitdə iştirak edə bilər.

Xatırladaq ki, bu gün Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyaya səfər edib və hazırkı baş nazir Rişi Sunak ilə görüşüb.

Emin

Xəbər xətti