Türkiyədə baş verən zəlzələlər Yaponiya ilə müqayisə oluna bilməz - Mütəxəssis

17:01 - 8 Fevral 2023 - DÜNYA

Dünya şöhrətli geofizik Martin Mai, zəlzələ prof. Şərif Barış və geoloq prof. Cenk Yaltırak yeraltı təkanlarla bağlı maraqlı açıqlamalar veriblər.

Ucnoqta.az xəbər verir ki, mütəxəssislər Yaponiyada baş verən zəlzələlərin yaşayış məntəqələrindən 120 km uzaqlıqda və okeanda olduğunu deyiblər. 
Onlar quruda baş verən Kobe zəlzələsində 100 min binanın dağıldığını qeyd ediblər. 

“Yaponiyada evlər dağılmır əfsanəsinə inanmayın. Belə şey yoxdur" - alimlər əlavə ediblər.

O, Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə iki böyük zəlzələ ilə bağlı qiymətləndirmələr aparıldiğini deyib:
"Çox qeyri-adidir. Biz bu zəlzələlərə "ikiqat" deyirik. İkinci zəlzələ cəmi 100 kilometr aralıda oldu. İkinci zəlzələ dəyişikliyə səbəb oldu və ikinci fayı xətti aktivləşdirdi" - Martin Mai bildirib.

Emin

Xəbər xətti