Türkiyədə prezident seçkiləri təxirə salınacaq?

14:05 - 8 Fevral 2023 - DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə baş verən dağıdıcı zəlzələlərə baxmayaraq, mayın 14-də ümumi seçkilər keçirmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məlumata görə, Ərdoğan çərşənbə axşamı zəlzələdən zərər çəkmiş 10 əyalətdə 90 gün ərzində fövqəladə vəziyyət elan etsə də, əvvəlcədən planlaşdırıldığı kimi, mayın 14-də səsvermə keçirməyi planlaşdırır.

Səsvermənin may ayının ortalarında baş tutması üçün Ərdoğan təxminən martın 10-dək seçki prosesinə rəsmən başlamalıdır. Əgər prezident nədənsə bunu etməsə, seçkilər iyunun 18-də keçirilməli olacaq, lakin agentlik mənbələrinin bildirdiyinə görə, hadisələrin belə inkişafı şansı azdır.

Xəbər xətti