Bakıda 61 yaşlı kişi özünü xəstəxananın pəncərəsindən atdı

13:32 - 8 Fevral 2023 - HADİSƏ

Bakıda xəstəxanada intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Yasamal rayonu, M.Həsənov küçəsində yerləşən Respublika Klinik Xəstəxanasında (“Respublikanski”) müalicə alan Şabran rayon sakini, 1962-ci il təvəllüdlü C.Əzizov özünü pəncərədən atıb.

O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti