Pakistanın baş naziri Türkiyəyə səfərini təxirə salıb

12:37 - 8 Fevral 2023 - DÜNYA

Pakistanın baş naziri Şahbaz Şərif Türkiyəyə çərşənbə günü planlaşdırılan səfərini təxirə salıb.

Ucnoqta.az xəbər verir ki, “The News International” qəzetinin məlumatına görə, səfərin yeni tarixi daha sonra açıqlanacaq.

Pakistanın baş naziri Rəcəb Tayyib Ərdoğanla humanitar yardımın göstərilməsini müzakirə etməyi, həmçinin Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə səfər etməyi planlaşdırırdı.

Xəbər xətti