Bankdan 500 min dollar oğurlayan şəxs saxlanılıb - Gürcüstanda

10:36 - 8 Fevral 2023 - HADİSƏ

Gürcüstanda hüquq-mühafizə orqanlarının əməkdaşları 2020-ci ilin oktyabrında "Bank of Georgia"nın filialında quldurluq etmiş və orada insanları girov götürmüş Badri Esebuanı saxlayıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.

Cinayətkarın həbsi Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən təsdiqlənib. Həbs zamanı ondan odlu silah və döyüş sursatı da götürülüb.

Esebuanı 15 ilə qədər həbs gözləyir. 

2020-ci il oktyabrın 21-də Esebua Zuqdididəki "Bank of Georgia"nın binasına soxularaq 43 nəfəri girov götürüb, sonradan onları azad edib, lakin qaça bilmişdi. 

Xəbər xətti