Bakıda “Prius” əcnəbi vətəndaşı vurub öldürdü

10:30 - 8 Fevral 2023 - HADİSƏ

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, saat 01:35 radələrində Fəxri Cəfərov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Yasamal rayonu, Salamzadə küçəsində Pakistan vətəndaşı Cahangir Xanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakta bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər xətti