Məktəbdən çıxan şagird itkin düşdü

10:17 - 8 Fevral 2023 - HADİSƏ

Bakıda məktəbli itkin düşüb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2019-cu ildən 1 saylı uşaq evində yaşayan, Bakı şəhəri, Nizami rayonunda yerləşən 220 saylı tam orta məktəbin 4-cü sinif şagirdi, 2010-cu il təvəllüdlü M.Rzayev fevralın 6-da məktəbdən çıxıb və bir daha geri qayıtmayıb.

Bildirilib ki, şagird həmin gün təhsil aldığı məktəbdə birinci dərsdən çıxdıqdan sonra itkin düşüb.

Faktla bağlı Nizami RPİ-nin 24-cü PŞ-də araşdırma və əməliyyat axtarış tədbirləri aparılır.

Xəbər xətti