Çində 30-dan çox avtomobil toqquşub, yaralananlar var

08:59 - 8 Fevral 2023 - HADİSƏ

Çinin Qansu əyalətində güclü qar yağması ilə əlaqədar 30-dan çox avtomobil toqquşub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Baş vermiş qəza nəticəsində bəzi avtomobillər yanıb. Sürücülər və sərnişinlər arasında xəsarət alanlar var.

Hadisə yerinə təcili tibbi yardım briqadaları, polis və yanğınsöndürənlər gəlib. 

Xəbər xətti