Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Nazirlər Kabinetinə dağıdıcı zəlzələdən zərər çəkən Türkiyəyə təcili yardım göstərmək üçün 1 milyon dollar ayırmağı tapşırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Həmçinin Qazaxıstanın səlahiyyətli qurumları təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əlavə yardımın göstərilməsi Türkiyə tərəfi ilə birlikdə məsələni araşdırır.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib ki, prezidentin tapşırığı ilə xilasedicilərin ikinci qrupu Türkiyəyə göndərilib.
Emin