Fransada 750 mindən çox insan etiraz aksiyası keçirib

00:47 - 8 Fevral 2023 - DÜNYA

Fransa şəhərlərində pensiya islahatına qarşı keçirilən nümayişlərdə ən azı 757 min insan iştirak edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Parisdə nümayişçilərin sayı 57 min nəfər olub. Eyni zamanda, ümumi etirazın əvvəlki günü rəsmi rəqəmlərə görə, Fransa paytaxtının küçələrinə 87 min insan çıxıb.

Paris nümayişi zamanı polisin son məlumatlarına görə, 17 nəfər saxlanılıb. Bastiliya meydanında zorakılıq nümayiş etdirənlərlə polis arasında toqquşmalar davam etdiyi üçün saxlanılanların sayı arta bilər. 

Xəbər xətti