Ukrayna prezidenti Vladimir Zelenski Kiyevə səfərə gələn Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna liderinin ofisinin saytında məlumat verilib.
Görüş zamanı Avropada və planetdə sülhün və sabitliyin bərpası üçün Ukrayna sülh düsturunun həyata keçirilməsinin vacibliyi, Almaniyanın bu prosesdə rolu müzakirə edilib.