Bakıda beş ailənin yaşadığı ev yanıb

23:29 - 7 Fevral 2023 - HADİSƏ

Sabunçu rayonunda ümumi sahəsi 300 m2 olan bir dam altında tikilən beş ailənin yaşadığı birmərtəbəli evlərdən sahəsi 60 m² olan 2 otaqlı evin yanar konstruksiyaları, sahəsi 40 m² olan 2 otaqlı evin yanar konstruksiyaları, sahəsi 20 m² olan 1 otaqlı evin tavanı 5 m² sahədə və dam örtüyü 20 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti