Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb

22:48 - 7 Fevral 2023 - DÜNYA

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434, yaralıların sayı 31 min 777 olub

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.  Onun sözlərinə görə, 31 min 777 yaralı var.

Qeyd edək ki, Türkiyədə episentri Kahramanmaraşın Pazarcık rayonunda olan 7,7 bal gücündə zəlzələ olub. Zəlzələ yerin 7 km dərinliyində baş verib.

Xəbər xətti