Danimarka Hollandiya və Almaniya ilə əməkdaşlıq edərək Ukraynaya Leopard 1A5 tankları tədarük edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.
Danimarka parlamentinin geniş dəstəyi ilə hökumət ən azı 100 tankın təmiri və Ukraynaya təhvil verilməsini araşdırıb. Hollandiya və Almaniya ilə birlikdə Danimarka hazırda layihəyə başlayır. Məlumata görə, 80 "Leopard 1A5" tanklarının Ukraynaya verilməsi nəzərdə tutulur.
Söhbət artıq Danimarka Silahlı Qüvvələrinin tərkibində olmayan, istismardan çıxarılan tanklardan gedir.