Paşinyan Ərdoğana zəng etdi

21:20 - 7 Fevral 2023 - DÜNYA

Ermənistanın baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Baş nazir ölkənin cənub-şərq bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Türkiyə prezidentinə və xalqına başsağlığı və dəstək olduğunu bildirib. Paşinyan bütün zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb və əlavə edib ki, Ermənistan Respublikasının xilasedici qüvvələrini daşıyan təyyarə Yerevan Zvartnots hava limanından fəlakət zonasına uçmağa hazırlaşır.

Ərdoğan Ermənistanın baş nazirinə köməyə görə təşəkkür edib və Türkiyə hökumətinin Ermənistanın dəstəyini yüksək qiymətləndirdiyini qeyd edərək, bu addımın iki ölkə arasında dialoqun daha da dərinləşdirilməsi kontekstində də vacibliyini vurğulayıb.

Xəbər xətti