Zəlzələ bölgəsində fövqəladə vəziyyət elan edildi

16:07 - 7 Fevral 2023 - DÜNYA

"Zəlzələ fəlakətinin ağırlığı və onun nəticələri bizdən fövqəladə tədbirlər görməyi tələb edir."

Ucnoqta.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan böhran mərkəzində zəlzələ ilə bağlı son məlumatları çatdırarkən deyib: 

"Zəlzələdən zərər çəkmiş 10 əyaləti fəlakət zonası elan edir və 3 ay müddətinə fövqəladə vəziyyət elan edirik. Bizim prioritetimiz axtarış-xilasetmə işlərini sürətləndirməkdir, sonra biz tez bir zamanda dağıntıların çıxarılmasına və sonra yenidən qurulmasına başlayacağıq."

Xəbər xətti