İsmayıllıda iki avtomobil toqquşub, xəsarət alan var

15:19 - 7 Fevral 2023 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki,  Qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "ВАЗ" və "Opel" markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti