Çin Türkiyəyə 5,9 milyon dollar ayıracaq

12:09 - 7 Fevral 2023 - DÜNYA

Çin hökuməti zəlzələnin nəticələri və xilasetmə işləri üçün Türkiyəyə 40 milyon yuan (təxminən 5,9 milyon dollar) məbləğində təcili humanitar yardım ayıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Çin hakimiyyəti təcili humanitar yardımın göstərilməsi mexanizmini dərhal işə salıb və Suriya və Türkiyəyə təcili humanitar yardım göstərmək qərarına gəlib.

Ayrılan vəsait zərər çəkmiş ərazilərə xilasetmə və tibbi qrupların göndərilməsini, eləcə də zərərçəkənlərə kömək üçün maddi resursların təmin edilməsini əhatə edəcək.

Xəbər xətti