Türkiyədə zəlzələdə 1 121 nəfər həyatını itirib - YENİLƏNİB

18:00 - 6 Fevral 2023 - DÜNYA

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

Ucnoqta.az xəbər verir ki, son məlumatda yeraltı təkanlar nəticəsində ölənlərin sayının 1 121-ə yüksəldiyi, 7 634 nəfərin yaralandığı açıqlanıb.

2 834 bina dağılıb.///Apa

16:20

Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1014 nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar İdarəsinin məlumatına görə, 2824 bina dağılıb

"Bizə 2824 binanın dağıdılması ilə bağlı məlumat daxil olub. 1014 vətəndaşımız ölənlər siyahısındadır" - məlumatda deyilir.

Emin

Xəbər xətti