Rusiyanın xarici işlər naziri Sergey Lavrovun nümayəndə heyətinin səfərdə olduğu Bağdadda yenidən zəlzələ hiss edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında yazıb.
Shafaq News informasiya portalı həmçinin bildirib ki, bazar ertəsi Bağdadın inzibati mərkəzi Ərbil şəhərinin sakinləri yeraltı təkanlar hiss ediblər.
Ölənlər və ya maddi ziyanla bağlı hələlik məlumat daxil olmayıb.