Türkiyədə 78 yeraltı təkan olub

12:28 - 6 Fevral 2023 - DÜNYA

Kahramanmaraş vilayətində baş verən ilk zəlzələdən sonra 78 təkan qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay TRT telekanalının efirində bildirib.

"78 afterşok olub. Üçü 6 baldan, 8 bal gücündə 5 baldan yuxarı. İkinci dərəcəli zəlzələlər ilk təkanlar nəticəsində zədələnmiş binalar üçün böyük təhlükədir".

Türkiyənin vitse-prezidenti Fuat Oktay vətəndaşlara özbaşına və səlahiyyətlilərin icazəsi olmadan evlərinə qayıtmağa cəhd etməmələri barədə xəbərdarlıq edib.

Zəlzələ nəticəsində, son məlumatlara görə, inzibati binalar və xəstəxanalar da daxil olmaqla, 1700-ə yaxın bina dağılıb. 

Emin

Xəbər xətti