Putin Ərdoğana başsağlığı verib

12:15 - 6 Fevral 2023 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin çoxsaylı insan tələfatına səbəb olan zəlzələ ilə əlaqədar türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Ucnoqta.az xəbər verir ki, Putin Ərdoğandan həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığı və dəstək sözlərini çatdırmağı, habelə yeraltı təkanlar nəticəsində yaralananların hamısının tezliklə sağalmasını arzulayıb.

Prezident həmçinin bildirib ki, Moskva çoxsaylı insan tələfatına səbəb olan zəlzələ ilə bağlı Ankaraya bütün lazımi yardımı göstərməyə hazırdır. 

Xəbər xətti