Türkiyənin vitse-prezidenti Fuat Oktay zəlzələ ilə bağlı son məlumatları açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, vitse-prezident Kahramanmaraşda 70, Hatayda 4, Osmaniyədə 20, Adıyamanda 13, Diyarbəkirdə 14, Kilisdə 8, Malatyada 47 olmaqla 284 nəfərin öldüyünü, 2300 yaralının olduğunu deyib.
Zəlzələdə 1710 bina dağıılıb. Hazırda zəlzələ sahəsində 2786 axtarış-xilasetmə qrupu fəaliyyət göstərir. və bu sayı hər an artır.
Zəlzələ Suriyaya da təsir edib. Suriya Səhiyyə Nazirliyinin məlumatına görə, zəlzələdə ən azı 237 nəfər ölüb, 639 nəfər yaralanıb.