Türkiyədə tarixi qala zəlzələ nəticəsində dağıldı - VİDEO

11:19 - 6 Fevral 2023 - HADİSƏ

Türkiyənin Qaziantep vilayətində UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş tarixi qala bazar ertəsi günü 7,4 bal gücündə zəlzələ nəticəsində uçub.

Ucnoqta.az xəbər verir ki, binaya dəymiş ziyan hələ müəyyənləşdirilməyib. Məlumata görə, bəzi yerlərdə divarlar təkanlardan sonra uçub.

Qaziantep qalası hündürlüyü 25-30 m olan təpədə yerləşir.İnşaatın tarixi və müəllifi haqqında dəqiq məlumat yoxdur, lakin onun haqqında ilk xatırlama eramızın 2-3-cü əsrlərinə təsadüf edir.

2002-ci ildən bəri arxeoloqlar onun ərazisində qazıntılar aparmışlar, bu müddət ərzində bu bölgənin xalqlarının həyatından bəhs edən bir çox kəşflər edilmişdir. Qalanın ərazisində Birinci Dünya Müharibəsi illərində Qaziantepin fransızlardan müdafiəsinə həsr olunmuş muzey kompleksi var.

Xəbər xətti